9 C
Baku
Sunday, November 17, 2024

Boris Conson bu gün Baş nazir vəzifəsi ilə vidalaşıb

Boris Conson “Dauninq Strit” küçəsindəki Baş nazir iqamətgahı qarşısında son dəfə çıxış edib.

Boris Conson bu gün Baş nazir vəzifəsi ilə vidalaşıb.

O, “Dauninq Strit” qarşısında sonuncu dəfə çıxış edib.

Çıxışında Boris Conson enerji böhranı məsələsinə toxunaraq Liz Trass və Mühafizəkarlar partiyasının insanları bu böhrandan çıxarmaq üçün əllərindən gələni edəcəklərinə inandığını deyib.

Boris Conson daha sonra nazirləri “Brexit”, peyvəndlərin yayılması və Vladimir Putinin siyasətinə qarşı gördükləri işlərə görə tərifləyib. O, həmçinin bildirib ki, əgər Putin Britaniya xalqını şantaj edərək uğur qazana biləcəyini düşünürsə, o, tamamilə aldanıb.

Qeyd edək ki, Boris Conson Böyük Britaniya kraliçası II Yelizavetaya istefasını təqdim etmək üçün onun Şotlandiyadakı qəsrinə doğru yola çıxacaq. 96 yaşlı kraliça II Yelizaveta səhhətinə görə Baş nazir Boris Consonun istefasını Londonda qəbul edə bilməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər