Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ən çətin mərhələnin geridə qaldığını açıqlayıb.
B. Conson LBC radiosuna verdiyi müsahibədə bildirib ki, bu, insanların birgə səyləri nəticəsində baş verib.
Baş Nazir sabah aradan qaldırılacaq bir sıra məhdudiyyətlərlə bağlı əhalini həssas olmağa, qaydalara riayət etməyə çağırıb.
Xatırladaq ki, İngiltərədə sabahdan etibarən restoranlar, iaşə obyektləri, hotellər, kinoteatrlar, muzeylər və kitabxanalar fəaliyyətlərini bərpa edəcək. Bundan başqa, bərbərxanalar, açıq havadakı idman zalları və oyun meydançaları da açılacaq.