Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deputatlıqdan istefa verib.
Conson bununla bağlı müraciət ünvanlayıb.
O, Aksbric və Cənubi Rayslip dairəsinin deputatlığından istefa verdiyini bəyan edib.
“Seçki dairəmi tərk etdiyim üçün təəssüflənirəm. Həm mer, həm də deputat kimi xidmət etmək böyük şərəf idi”, – sabiq baş nazir vurğulayıb.