15 C
Baku
Friday, March 29, 2024

Boris Conson istefa verəcəyi ilə bağlı kraliçanı məlumatlandırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verəcəyi ilə bağlı Kraliça II Yelizavetaya zəng edib.

Bu barədə məlumatı “Sun” qəzeti yayıb.

Qeyd olunub ki, o, iyulun 7-də səhər saatlarında kraliçanı məlumatlandırıb.

Bildirilib ki, rəsmi istefa verməyənədək Boris Consonun Bukingem sarayına getməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, Britaniya mətbuatında Boris Consonun iyulun 7-də Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın Baş naziri postlarından istefa verəyəci ilə bağlı xəbərlər yayılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər