9 C
Baku
Thursday, December 12, 2024

Boris Conson istefa verməkdən imtina edib

Britaniyanın Baş naziri Boris Conson bu gün Parlamentdə çıxışı zamanı onun istefasını tələb edən Leyboristlər partiyasının rəhbəri Keir Starmerin təklifindən imtina edib.

Baş nazir müxalifətin bu cür çağırışlar əvəzinə Ukrayna ətrafındakı böhran mövzusuna diqqət yetirməsini təklif edib.

“Ukrayna ilə sərhəddə böhranın olduğu bir dönəmdə Britaniya hökuməti, xarici işlər naziri və müdafiə nazirinin rəhbərliyi altında Prezident Vladimir Putini ehtiyatsız və fəlakətli müdaxilədən çəkindirmək üçün ən sərt sanksiyalar paketini tətbiq etmək üçün Qərb ölkələrini birləşdirir. Hazırda hökumətimiz bunu edir”, – deyə Boris Conson bildirib.

Qeyd edək ki, Boris Consonun adı ətrafında gedən, onun karantini pozması ilə bağlı qalmaqallar səngimir.

Belə ki, 20 iyun 2020-ci il tarixində İngiltərədə karantinlə bağlı məhdudiyyətlərin olduğu dönəmdə ona “Downing Street”də işçilər tərəfindən ad günü keçirildiyi məlum olub.

Bundan öncə isə baş nazirin “Downing Street”in həyətində keçirilən yığıncaqda iştirak etdiyi görüntülər yayılmışdı.

Hazırda məsələ ilə bağlı parlamentdə Sue Qrey tərəfindən təhqiqat aparılır.

Həmçinin dünən London Metropolitan Polisi də bu hadisələri araşdıracağını açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər