Böyük Britaniya Baş naziri Boris Conson postundan istefa verməyəcəyini bildirib.
O, bunu Mühafizəkarlar Partiyasının namizədlərinin İcmalar Palatasına 2 seçki dairəsində keçirilən seçkilərdə məğlub olmasını şərh edərkən deyib.
O, hökumətin vətəndaşları narahat edən məsələlər üzərində çalışacağını əlavə edib.