8 C
Baku
Friday, March 29, 2024

Boris Conson: “Müqavilə bağlanmasa belə, İngiltərə 31 oktyabrda ittifaqı tərk edəcək”

İngiltərənin baş naziri Boris Conson “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində, yaxın vaxtlarda London və Brüsselin Britaniyanın Avropa Birliyindən çıxması şərtləri ilə bağlı razılığa gələ biləcəklərini söyləyib. Nazirin sözlərinə görə, müqavilə bağlanmadığı təqdirdə belə Böyük Britaniya 31 oktyabrda ittifaqdan çıxacaqdır.

Banker.az xəbər verir ki, “Əgər yaxın günlərdə irəliləyiş əldə edə bilsək, 17 oktyabr tarixində keçiriləcək (AB ilə) zirvə görüşünə gedib La-Manş boğazının hər iki tərəfində və İrlandiyanın sərhədlərində yaşayan vətəndaşların maraqlarını müdafiə edən razılaşma hazır edəcəyəm”, – deyə nazir yazır.

Consonun sözlərinə görə, o, müqavilənin həm İngiltərənin, həm də Avropa Birliyinin maraqlarına cavab verəcəyi şəkildə olacağına inanır. Baş nazir əlavə olaraq bildirir ki, Brüssel və London şərtlərin razılaşdırılmasına artıq çox vaxt və səy sərf ediblər.

Xatırladaq ki, sentyabrın 16-da Lüksemburqda Avropa Komissiyasının sədri Jan-Klod və  Boris Consonun görüşü baş tutmalıdır. Görüşdə Brexit və Şimali İrlandiya (Böyük Britaniyanın tərkibinə daxildir) ilə İrlandiya (Avropa İttifaqının üzvüdür) arasındakı sərhəd məsələsi müzakirə olunacaq.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referendum 2016-cı ilin iyununda keçirilib. Həmin dövrdə ölkənin baş naziri Tereza Mey olub və o, bu məsələ ilə bağlı Brüssel ilə razılığa gələ bilməyib.

 

Son xəbərlər
Digər xəbərlər