Böyük Britaniya Baş Naziri Boris Conson ölkədə qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin tədricən ləğv edilməsi üçün lazım olan dörd şərtini açıqlayıb.
Bu barədə onun açıqlaması baş nazirlik ofisi tərəfindən yayılıb.
Böyük Britaniyada məhdudiyyətlərin ləğvi üçün həll edici rolu bunlar oynacaq: kütləvi peyvəndləmə proqramının müvəffəqiyyətlə davam etdirilməsi; peyvənd istifadəsi səbəbindən ölüm və xəstəxanaya yerləşdirmə hallarının azalması barədə məlumatlar; xəstələrin sayının artması səbəbindən səhiyyə sisteminin çox yüklənmə təhlükəsinin olmaması, virusun yeni ştammlarının yayılması nəticəsində epidemioloji vəziyyətində “əsaslı dəyişiklik” olduğunu göstərən məlumatların olmaması.
Hökumət eyni zamanda məhdudiyyətlərin erkən ləğv edilməsinin xeyrinə olan sosial və iqtisadi amilləri nəzərə alacağını və aralarındakı tarazlığı təmin etməyə və vətəndaşların sağlamlığını qorumağa söz verir.