Britaniyanın Baş Naziri Boris Conson koronavirusu nəzarətdə saxlamaq üçün çətin günlərin hələ də davam etdiyini deyib.
“Sky News” verdiyi xəbərə görə, B. Conson qarşıda iqtisadi baxımdan çətin günlərin olacağını bildirib: “Ancaq heç şübhə etmirəm ki, bunları geridə qoyub əvvəlkindən daha da güclü olacağıq”.
Baş Nazir növbəti ilin ortalarında ölkənin koronavirusu geridə qoyacağına əminliyini ifadə edib.
Qeyd edək ki, İngiltərədə bu gündən etibarən insanların mağaza, ticarət mərkəzləri, banklar, poçt şöbələri və supermarketlərdə tibbi maska taxmaları tələb olunur. Bundan əvvəl isə bu şərt ictimai nəqliyyat vasitələrində keçərli idi.