13 C
Baku
Saturday, November 23, 2024

Boris Conson Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq edib

Boris Conson İcmalar Palatasında çıxışı zamanı Rusiya-Ukrayna gərginliyinə toxunub, Moskvaya xəbərdarlıq edib.

Mühafizəkarlar partiyasından Bernard Cenkin bu gün İcmalar Palatasında Boris Consondan Rusiyanın Qərbə qarşı hibrid müharibə apardığını və hökumətin bununla bağlı nə etdiyini soruşub.

Boris Conson isə bildirib ki prezident Putinlə danışığı zamanı onun Ukraynanı işğal edəcəyi ilə bağlı dəlillərin olacağı təqdirdə, bunun son dərəcə sərt iqtisadi sanksiyalar paketi ilə nəticələnəcəyini deyib.

Baş nazir əlavə edib ki, bu təqdirdə Britaniya Ukraynaya da dəstək olacaq.

“Bu da qaçınılmaz şəkildə NATO qüvvələrinin yaxınlıqdakı bölgələrdə yığılması ilə nəticələnəcək”, deyə baş nazir bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər