Böyük Britaniyanın baş naziri Boris Conson Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa bağlı yola gətirməyə çalışır.
Səudiyyə Ərəbistanı və BƏƏ, Rusiyanın Ukraynaya təcavüzündən sonra qlobal tənəzzül təhlükəsi yaradan tüğyan edən xam neft qiymətlərini tənzimləmək üçün ehtiyat istehsal gücündən istifadə etmək üçün ABŞ-ın xahişlərini indiyədək qulaq ardına vurublar, qəbul etməyiblər.
Səudiyyə Ərəbistanının Qərblə əlaqələri Yəmən müharibəsi və 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli jurnalist Camal Kaşıqçının öldürülməsi də daxil olmaqla bir sıra hüquq problemlərinə görə gərginləşib.
“The Times” qəzeti ölkə rəhbərliyi ilə yaxşı əlaqələr qurduğunu bildirən mənbələrə istinadən bildirir ki, Boris Consonun bu həftə Səudiyyə Ərəbistanına səfər edərək, krallığı “hasilatı artırmağa razı salmağa çalışacağını” bildirib.
Bazar ertəsi neft qiymətləri Ukraynadakı müharibəyə son qoymaq üçün diplomatik səylər ümidi ilə bareli üzrə 4 dollara qədər ucuzlaşıb, Brent markalı neftin may fyuçersləri 108.9 dollarada ticarət olunmaqdadır.
B.Britaniyanın Baş nazirinin ofisinin sözçüsü Consonun bu həftə Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı xəbəri şərh etməkdən imtina etdi.