17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Boris Conson və Cozef Baydenlə görüşəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasının açılışında iştirak etmək üçün ABŞ-a 4 günlük səfəri çərçivəsində bu ölkənin Prezidenti Cozef Baydenlə görüşəcək.

TASS xəbər verir ki, məlumatı “The Times” yayıb.

Bildirilib ki, BMT Baş Assambleyasının növbəti sessiyası sentyabrın 14-də açılacaq. Ümumi müzakirələr sentyabrın 21-dən 27-dək davam edəcək.

Əfqanıstandan qoşunu çıxardıqdan sonra Böyük Britaniya ilə ABŞ arasında yaranmış vəziyyətin də səfər zamanı müzakirə ediləcəyi gözlənilir. İki ölkə liderinin görüşündə məqsəd həm də noyabrın 1-dən 12-dək Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına hazırlaşmaqdır.

“The Times” qeyd edib ki, ABŞ beynəlxalq iqlim dəyişikliyinə qarşı mübarizə fonduna 100 milyard dollar töhfə vermək niyyətindədir. Ancaq London bu məbləğin inkişaf etməkdə olan ölkələrin atmosferə buraxdığı karbon tullantılarının miqdarını azaltmaq üçün kifayət etməyəcəyindən narahatdır.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər