16 C
Baku
Friday, November 22, 2024

Boris Conson Zelenski ilə görüşməyi planlaşdırır

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yaxın vaxtlarda Kiyevə səfər etməyi planlaşdırır.

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.

Ukrayna mənbələri də B.Consonun Kiyevə gələcəyi barədə məlumat yayıb. Amma rəsmi qurumlar hələ ki, səfərlə bağlı xəbərləri təsdiqləməyiblər.

B.Conson Baş nazir işlədiyi dövrdə V.Zelenskini tam dəstəklədiyini bəyan edib və müttəfiqləri Kiyevə dəstək verməyə çağırıb.

Qeyd edək ki, əgər səfər baş tutarsa, bu, B.Consonun Kiyevə dördüncü gəlişi olacaq. O, sonuncu dəfə ötən ilin avqust ayında Ukraynada olub.

Xatırladaq ki, B.Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın Baş naziri işləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər