13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Boris Consondan İlham Əliyevə müraciət

Böyük Britaniyanın Baş naziri Boris Conson VIII Qlobal Bakı Forumu münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Boris Conson Prezident İlham Əliyevi, tədbirin təşkilatçılarını və iştirakçılarını təbrik edib.

Baş nazir Böyük Britaniya – Azərbaycan əməkdaşlığının möhkəmliyindən danışıb və gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib.

Builki forumun Qlazqoda keçirilən COP 26 sammiti ilə üst-üstə düşdüyünü və iqlim dəyişikliyinin hamımızın qarşısında duran ən böyük beynəlxalq problem olduğunu qeyd edən Baş nazir Azərbaycanın “yaşıl enerji”nin tətbiqi istiqamətində atdığı mühüm addımları alqışlayıb.

Böyük Britaniyanın Baş naziri, həmçinin Azərbaycan cəmiyyətində aparıcı rol oynayan qadınlara ehtiramını bildirib və ölkələri sülh quruculuğunda, o cümlədən Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planlarının qəbul edilməsi yolu ilə qadınlar üçün xüsusi rol oynamağa təşviq edib.

Son xəbərlər
Oxşar xəbərlər
X