7 C
Baku
Monday, February 6, 2023

Boris Consonun atası Fransa vətəndaşlığını qəbul edib

Breksit prosesindən sonra Boris Consonun rəhbərliyi altında Aİ-ni rəsmən tərk edən Böyük Britaniyada Baş nazir Consonun atası Aİ ilə əlaqələrini qorumaq üçün Fransa vətəndaşlığını qəbul edib.

Banker.az xəbər verir ki, Fransa Ədliyyə Nazirliyi, anası fransız əsilli Stenli Consonun keçən noyabr müraciətindən sonra çərşənbə günü vətəndaşlıq aldığını təsdiqləyib. “Bu qərar yalnız Stenli Consona aiddir və onun nəslini əhatə etmir”, – səfirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Stenli Conson oğlundan fərqli olaraq 2016-cı il referendumunda Aİ-də qalmağa səs verdiyini bildirmişdi. Lakin Boris Conson 2020-ci ilin sonunda Böyük Britaniyanı rəsmi olaraq İttifaqdan çıxardığını açıqladı.

Keçmiş parlamentari cümə günü PA Media-ya çox xoşbəxt olduğunu deyib və əlavə edib ki, Boris Conson bu məsələyə tək bir cavabla reaksiya verib: “Möhtəşəm”.

 

Son xəbərlər
Digər xəbərlər
X