Funtun artımı dollara nisbətdə 2%-i keçib.
Böyük Britaniya funtu Mühafizəkarlar Partiyasının parlament seçkilərində qalib gəlməsi ehtimalının yüksək olması ilə əlaqədar olaraq 2% artıb.
Seçicilər arasında aparılan sorğunun nəticələrinə görə, mühafizəkarlar parlamentdə 650 mandatdan 368 mandat əldə etdiklərini göstərir. Bu da öz növbəsində “Brexit” ilə bağlı qeyri-müəyyənliyin sona çatması deməkdir.
Nəticədə funt 2018-ci ilin iyunundan bəri ABŞ dollarına nisbətdə maksimum səviyyəyə yaxınlaşaraq 1,3451 qədər yüksəlib. Bundan əlavə, funt sterlinq avroya qarşı 1,5% artaraq 1,202 səviyyəsinə çatıb.
Daha əvvəl qeyd edildiyi kimi, sərmayəçilər Boris Consonun qalib gələcəyini gözləyirlər. Belə ki, son üç həftə ərzində “Shares MSCI UK Small Cap” investisiya şirkətinin səhmləri ikiqat artıb və bu, sərmayəçilərin Tori hökumətinin Britaniya biznesinə fayda verəcəyinə inamını göstərir.