Böyük Britaniyada hökumət çalxalanır, nazirlər ard-arda isfefa verməklə baş nazir Boris Consunu sıxışdırırlar. Məqsəd Boris Consonu istefaya məcbur etməkdir. Kənar müşahidəçilərdə Boris Consonun istefaya məcbur edilməsi suallar doğura bilər.
Banker.az xəbər verir ki, Conson indilərdə açıqladı ki, istefa verir, lakin yeni lider seçilənə qədər vəzifəmə davam edəcəyəm.
Boris Johnson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub.
Atasının babası Əli Kamal – türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olmuşdur. Bu vəzifədə olaraq o, Kamal Atatürkün həbsinə əmr vermişdir. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilmişdir.
Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçır və burada Uilfred Conson adını qəbul edir.
Ata nənəsi Hənifə Fered, Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.
Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir (1879-1969).
Anasının nənəsi, Helen Treysi Lav-Porter (1876-1963), alman dilindən bədii nəsri tərcümə edən Amerika tərcüməçidir. Əslən Tauandadandır (Bredford dairəsi, Pennsylvaniya ştatı).
O, 24 iyul 2019-cu ildən Britaniyanın baş naziri idi.
B.Conson səhvlərinə rəğmən, xarizmatik baş nazirdir, Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşmasını xətasız-bəlasız həyata keçirdi və s. Bkıda mənzillənən Atlas Araşdırmalar Mərkəzinin direktoru deyir ki, digər tərəfdən Consonun partiyası parlamentdə səs çoxluğuna malikdirsə, partiyadaşlarının ona qarşı qiyam qaldırmaları da suallar doğurur.
“Məsələ burasındadır ki, Böyük Britaniyada uğurlu, xarizmatik, o cümlədən parlamentdə səs çoxluğuna malik baş naziri rəqibləri deyil, öz partiyadaşları devirə bilərlər”.
Siyasi şərhçi əlavə edir ki, dadə məntiq budur ki, hakim partiyada başqaları da özlərini baş nazir olaraq sınamalı və hakim partiyanın digər komandası iş başına keçməlidir.
Böyük Britaniya tarixində Marqaret Tetçer ən uğurlu baş nazirlərdən biri idi. O 1979-cu ildə baş nazir seçildi. Tetçer ciddi islahatlar həyata keçirdi, ölkə iqtisadiyyatını ağır durumdan qurtardı, Argentina ilə müharibədə qələbə çaldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində onu müxalifət deyil, öz partiyadaşları devirərək Con Meydcoru həm Mühafizəkarlar Partiyasının başına, həm də baş nazir kürsüsünə gətirdilər. O zaman da indiki üsuldan istifadə edilmişdi. Tetçeri istefaya məcbur etmək üçün indiki kimi hökumət üzvləri ard-arda istefa vermişdilər.
Elxan Şahinoğlu deyir ki, daha uzaq tarixə getsək, böyük britaniyalılar İkinci Dünya Müharibəsində ölkəsinin və bəşəriyyətin alman faşistləri üzərində qələbəsini təmin edən Uinston Çörçilə müharibə bitdikdən sonra səs vermədilər. O müxalifətə keçdi. Buna baxmayaraq, ingilislər növbəti parlament seçkilərində yenidən onun partiyasına səs verdilər və Çörçil daha 4 il baş nazir kürsüsündə oturdu. Yəni Boris Conson istefa versə də, qayıdacağı istisna deyil.