28 C
Baku
Saturday, July 27, 2024

Boris Johnson “sərt” Brexit reklamına $120 mln. çox pul xərcləyəcək

Böyük Britaniyanın Baş naziri Boris Johnson, ölkənin Avropa İttifaqından çıxmasından öncə hazırlıqlar zamanı reklam kampaniyası keçirmək niyyətində olduğunu bildirib.

Banker.az bildirir ki, bu haqda The Telegraph xəbər verir.

Reklam kampaniyası 100 milyon fut (120 milyon dollardan çox) məbləğinə başa gələcək. Vəsait yaxın üç ayda xərclənəcək.

Bundan əvvəl Johnson 31 oktyabr tarixinə qədər Avropa İttifaqından çıxmağı planladığını dəfələrlə bildirib. Qeyd edək ki, Brexit məsələsi üzrə həm hökuməti, həm də parlamenti qane edəcək hər hansısa bir razılaşma hələ də əldə edilməyib. ABŞ prezidenti Donald Trampın fikrincə, siyasətçi Tereza Mey-in “pis işini” düzəldəcək və Brexit baş tutacaq.

 

Son xəbərlər
Digər xəbərlər