15 C
Baku
Sunday, November 24, 2024

“Borjomi” şirkətinin fəaliyyəti bərpa olunacaq

“Ümid edirəm ki, bir neçə gündən sonra “Borjomi” şirkətinin fəaliyyətinin bərpasına imkan verəcək konkret dəyişikliklər baş verəcək”.

Bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib.

Onun sözlərnə görə, ən önəmli məsələ şirkətin tam olaraq fəaliyyət göstərə bilməsidir: “Gürcüstan hökuməti bu istiqamətdə işlərə çoxdan başlayıb. Biz şirkətin beynəlxalq sanksiya predmetinin olmaması üçün həm səhmdarlar və beynəlxalq tənzimləyicilərlə iş aparırıq”.

“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalar və ciddi maliyyə problemləri ilə üzləşib.

Son xəbərlər
Digər xəbərlər