24 C
Baku
Thursday, April 18, 2024

“Borjomi” zavodunun işçiləri tətil elan edib

Gürcüstanın “Borjomi” mineral su zavodunun 400-dək işçisi tammiqyaslı tətil elan edib.

Banker.az xəbər verir ki, bu barədə Gürcüstanın Aqrar Ticarət Birliyinin rəhbəri Giorgi Diasamidze yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, səhər saat 06:00-dan etibarən “Borjomi”nin hər iki zavodu fəaliyyətini dayandırıb, 400-dək işçisi tətil elan edib.

Giorgi Diasamidzenin sözlərinə görə, işçilərin əsas tələbləri daha əvvəl işdən azad edilən 50-dək əməkdaşın işə bərpası, əməkhaqqının 25% artırılmasıdır.

Zavod rəhbərliyi ilə işçilər arasında müzakirələrin hələ ki nəticəsiz qaldığı bildirilib.

İşçilər tələbləri qəbul edilənədək tətili davam etdirəcəklərini bildiriblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər