9 C
Baku
Monday, November 18, 2024

“Borjomi”nin işçiləri genişmiqyaslı tətilə başlayırlar

Gürcüstanda mineral suların istehsalı ilə məşğul olan məşhur “Borjomi” şirkətinin əməkdaşları mayın 31-i səhər saatlarından etibarən qeyri-müəyyən müddətə genişmiqyaslı tətilə başlayırlar.

Bu barədə Gürcüstanın Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.

Tətil iştirakçılarının əsas tələbləri ixtisar edilmiş işçilərin geri qaytarılması, maaşlarının ödənilməsi, əvvəlki iş şəraitinin bərpası, maaşların 25% artırılması, işçilərlə uzunmüddətli müqavilələrin bağlanması, işçilərin şantaj edilməsi faktlarının aradan qaldırılmasından ibarətdir.

Xatırladaq ki, bütün dünyada məşhur mineral su istehsalçısı “Borjomi”nin iki zavodu aprelin 30-dan Ukraynadakı müharibə üzündən yaranmış maliyyə çətinliklərinə görə fəaliyyətini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər