12 C
Baku
Saturday, November 23, 2024

Borrel: Rusiya neft sanksiyaları səbəbindən gündə 300 mln. avro itirəcək

Avropa İttifaqı (Aİ) son bir neçə ay ərzində Rusiyanın enerji resurslarından asılılığını azaltmağa nail olub, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib. Onun sözlərinə görə, Aİ Rusiyanın neft və neft məhsullarının idxalına qoyulan məhdudiyyətlər səbəbindən gündəlik təxminən 300 milyon avro itirəcəyini gözləyir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Borrel bildirib ki, Rusiya nefti artıq 40 dollar endirimlə satılır. Onun fikrincə, anti-Rusiya sanksiyaları işləyir və müharibə Kremlə baha başa gəlir. “Bizim son tədbirlərimiz bu ay qüvvəyə mindikdən sonra Rusiyanın gündəlik enerji gəlirlərinin təxminən 800 milyon avrodan 500 milyon avroya düşəcəyi gözlənilir”, – diplomat bildirib.

Dekabrın 5-də Rusiya neftinə embarqo qüvvəyə minib və həmin gündən etibarən Rusiyadan gələn neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində müəyyən edilib. Bundan əlavə, fevralın 5-də Aİ-nin Rusiya neft məhsullarına embarqosu qüvvəyə minib. Helsinki Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, qiymət tavanı Rusiyaya gündəlik 160 milyon avroya (172 milyon dollar) başa gəlir. Beynəlxalq Enerji Agentliyi Rusiyanın yanvar ayında itkilərini 8 milyard dollar qiymətləndirib.

Son xəbərlər
Digər xəbərlər