Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Serbiya və Kosovo liderləri ilə görüşəcək.
Bu barədə Aİ-nin Ali Nümayəndəsi “Twitter”də bildirib.
“Şənbə günü (18 mart) Serbiya Prezidenti Vuçiç və Kosovonun Baş naziri Kurti ilə görüşəcəyəm”, – Borrel deyib.
Onun sözlərinə görə, görüşün məqsədi Aİ tərəfindən təklif olunan Sazişin necə reallaşdırılmasını müzakirə etməkdir.