“Bu, əsl hərbi cinayətdir və bu şəraitin uzun müddətə davam edəcəyini təsəvvürümə belə gətirə bilmirəm”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın Ukrayna limanlarını mühasirəyə alaraq taxıl ixracının qarşısını almasına münasibət bildirərkən deyib.
“Bu ağılagəlməzdir. Dünyanın bir hissəsində insanlar aclıqdan əziyyət çəkdiyi halda, millyonlarla ton taxıl Ukraynada mühasirə vəziyyətində saxlanılır. Bu, əsl hərbi cinayətdir. Bunun nə qədər sürəcəyini təsəvvür edə bilmirəm”, – o vurğulayıb.