12 C
Baku
Saturday, November 23, 2024

Borrel Ukraynaya qarşı nüvə hücumu olacağı təqdirdə sərt cavab vəd edib

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Ukraynaya qarşı nüvə hücumu olacağı təqdirdə, sərt hərbi cavab vəd edib.

“Ukraynaya nüvə hücumu Aİ, ABŞ və NATO-nun reaksiyasına səbəb olacaq. O, nüvə olmayacaq, lakin hərbi baxımdan güclü olacaq”, – deyə Borrel söyləyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Qərb ölkələri Ukraynaya nüvə silahından istifadə edilərsə, bunun nəticələri barədə xəbərdarlıq edəndə “blef etmirlər”.

Oktyabrın 11-də NATO-nun baş katibi Yens Stoltenberq alyansın nüvə qarşısının alınması üzrə qarşıdakı təlimlərini elan edib. Onun sözlərinə görə, NATO-nun hərbi gücü Rusiya ilə hər hansı gərginliyin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Son xəbərlər
Digər xəbərlər