Avropa diplomatiyasının rəhbəri Josep Borrel Rusiyadan Zaporojye Atom Elektrik Stansiyasının elektrik xətlərinin təmir edilməsini tələb edib.
Eyni zamanda AES-in Ukraynanın enerji şəbəkəsinə tam şəkildə qoşulmasını istəyib.
“Zaporojye AES ətrafında vəziyyət son dərəcə narahatedici olaraq qalır.
AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ekspertlərinə nəhayət obyektə səfər etməyə icazə verilməlidir”, – deyə Borrell “Twitter” hesabında bildirib.