14 C
Baku
Tuesday, December 2, 2025

Borrelin adı dələduzluqda hallandırılır

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə əvvəlki ali nümayəndəsi Josep Borrelin dələduzluq işində iştirakı məsələsini şərh etməkdən imtina edib.

Aİ-nin rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində axtarışların aparıldığını təsdiqləyib.

Hipper davam edən istintaqa istinad edərək, axtarışların səbəbini və kim tərəfindən aparıldığını açıqlamaqdan imtina edib.

Bununla belə, müxtəlif mənbələr iddia edir ki, gənc diplomatların hazırlanması üçün tender məlumatlarının Avropa Kollecinə ötürülməsi ilə bağlı əməliyyat çərçivəsində EEAS-ın üç əməkdaşı saxlanılıb.

Daha əvvəl verilən məlumata görə, Avropa İttifaqının Brüsseldəki diplomatik xidmətinin qərargahında aparılan axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb. Digər saxlanılan şəxs Aİ diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sannino olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər