“Avropa İttifaqında (Aİ) Ukraynaya tədarük edilən silah ehtiyatları tükənib”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Onun sözlərinə görə, buna səbəb Avropa Hərbi-Sənaye Kompleksinin illərdir lazımi maliyyə vəsaiti almamasıdır.
O qeyd edib ki, Aİ ölkələrinin ümumi hərbi xərcləri 2021-ci ildə 6% artaraq 214 milyard avro təşkil edib.