6 C
Baku
Wednesday, January 15, 2025

Borrell: Aİ ölkələri Ukraynaya silah tədarükünə görə 10 mlrd. avro təzminat istəyiblər

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri Brüsselə Ukraynaya silah tədarükünü kompensasiya etmək üçün 10 milyard avroluq hesab təqdim ediblər. O, Kiyevə növbəti tranşın ayrılmasına Macarıstanın mane olduğunu təsdiqləyib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Aİ-nin müdafiə nazirlərinin görüşünə gələn cənab Borrell bildirib ki, görüşdə Ukraynaya sursat tədarükü müzakirə olunacaq. “Üzv ölkələr bizə 10 milyard avro hesab-faktura təqdim ediblər ki, bu da gözləniləndən xeyli çoxdur. Yəni, 3.5 milyard avro ilə biz artıq 10 milyard avro dəyərində silah tədarükünü səfərbər etmişik”, – Josep Borell qeyd edib.

Silahların tədarükü üçün fonddan 500 milyon avroluq yeni tranşın ayrılmasından danışan Avropa diplomatiyasının rəhbəri bildirib ki, Macarıstan hakimiyyəti buna qarşıdır. “Təəssüf ki, bu, reallıqdır, Macarıstan tranşı bloklamaqda davam edir, lakin biz bu problemi həll edəcəyik, Ukraynaya yardımın qarşısını ala bilmərik”, – Borrell söyləyib.

Aprelin 13-də Avropa Şurası Sülh Fondu vasitəsilə Ukraynaya 1 milyard avro dəyərində sursat tədarükü planını təsdiqləyib. May ayında Aİ Ukrayna Silahlı Qüvvələrinin artilleriyası üçün mərmi istehsalının artırılması planını təqdim edib. Böyük Britaniya Müdafiə Nazirliyi silahların münaqişə zonasına daxil olmamışdan əvvəl yenidən satışı hallarını aşkarlayıb.

Son xəbərlər
Digər xəbərlər