22 C
Baku
Sunday, April 28, 2024

Borrell: “Aİ Ukraynanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən paylanılan pasportları tanımayacaq”

“Avropa İttifaqı (Aİ) Ukraynanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən paylanılan pasportları tanımayacaq”.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Praqada keçirilən Aİ ölkələrinin XİN başçılarının qeyri-formal görüşünün yekunlarına dair brifinqdə bildirib.

Borrell əlavə edib ki, müzakirələr zamanı yeni vizalardan əlavə xeyli müddət əvvəl verilən milyonlarla viza barədə də narahatlıq ifadə olunub.

“Ortaq yanaşma ifadə olundu ki, bu məsələ həll olunmalıdır. Qərara gəldik ki, bununla bağlı Avropa Komissiyasına müraciət olunsun və Komissiya bu mürrəkkəb məsələnin həlli istiqamətində təlimat hazırlasın.

Rusiya ilə sərhəd Aİ ölkələrində vəziyyət daha mürəkkəbdir, mən anlayıram ki, bu ölkələr milli səviyyədə onların sərhəddindən Aİ-yə girşi məhdudlaşdıra bilən addımlar ata bilər ancaq bu, Şengen Sərhəd Kodu/ Razılaşması çərçivəsində olmalıdır.”

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər