18 C
Baku
Wednesday, May 29, 2024

Borrellin Çinə səfəri təxirə salınıb – Yenilənib

16:08

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin gələn həftə üçün Çinə planlaşdırılan səfəri təxirə salınıb.

Bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massralı “Reuters”ə bildirib.

“Təəssüf ki, çinli həmkarlarımız bizə məlumat verdilər ki, gələn həftəyə nəzərdə tutulan tarixlər artıq mümkün deyil və biz indi alternativlər axtarmalıyıq”, – o qeyd edib.

Qeyd edək ki, Aİ-nin Ali Nümayəndəsinin Pekinə səfəri iyulun 10-a planlaşdırılmışdı.

 

***

11:52

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çinə səfər edəcək.

Aİ diplomatı gələn həftə Çin rəsmiləri ilə görüşmək üçün Pekinə gedəcək.

Aİ-nin Pekindəki səfiri Xorxe Toledonun sözlərinə görə, Cozep Borrell iyulun 10-da Pekinə gedəcək və xarici işlər naziri Qin Qanq və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər