9 C
Baku
Monday, November 18, 2024

Borrell etiraf etdi: “Rusiya iqtisadiyyatı çökməyib”

Sanksiyalar paketinin onuncusu yoldadır. Çoxları deyir ki, sanksiyalar səmərəsizdir, Rusiya iqtisadiyyatını zəiflətməyib və əksinə, bizə mənfi təsir göstərir. Düzdür, Rusiya iqtisadiyyatı çökməyib və ÜDM-in artım tempi gözlənilən kimi deyil.

Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışında deyib.

Onun sözlərinə görə, ötən il Rusiyanın qeyri-adi yüksək gəlirləri olub – həm təbii qazdan, həm də neftdən.

“Amma işlər dəyişir. 2 trilyon avrodan 1.8 trilyon avroya qədər. Ticarət balansına baxsanız, görərsiniz ki, bəli, 2022-ci ildə onların böyük profisiti var idi, lakin, 2023-cü ilin yanvarında bu, orta səviyyədən də aşağıdır. 2007-ci ildən bəri ən aşağı tarixi səviyyədədir. Sanksiyalar yavaş yayılan bir zəhərdir: təsirlərini yaratmaq üçün vaxt tələb olunur, lakin təsir edir. Və bunu geri dönməz şəkildə edir. Rusiyanın texnoloji asılılığının 45%-i Avropadandır. Onun avtomobil və təyyarə zavodları öz gücünün 80%-ni itirib. Bəli, rubl süni şəkildə güclüdür, lakin Rusiya iqtisadiyyatı bu müharibənin ağır bədəlini ödəyəcək. Onlar əsas enerji müştərisini – avropalıları itiriblər. Həm də onlar üçün alternativ müştəri tapmaq asan olmayacaq, demək olar ki, mümkün olmayacaq, çünki Çin çox uzaqdadır. Onlar neftin barelini 40 dollardan satırlar. Yəni, “Brent”in yarı qiymətinə. Hindistan və Çin isə onu endirimlə alırlar və bu azalma həm də bizim “qiymət həddi”nin təsiri ilə bağlıdır. Bu, böyük siyasi uğurdur, çünki o, Rusiyanın gəlirlərini azaltmağa və dünya neft bazarını dəyişməyə nail olub. Bəli, sanksiyalarımız öz təsirini göstərir. Yavaş-yavaş, amma mütləq şəkildə. Rusiya iqtisadiyyatının texnoloji və kommersiya və enerji əsaslarını sarsıdır. Putin artıq enerji uğrunda mübarizəni uduzub. Çünki o, müharibəni mənəvi və siyasi cəhətdən, hətta indiyə qədər, hərbi cəhətdən itirir – Ukrayna hələ qalib gəlməsə də”, – Borrell bəyan edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər