-1 C
Baku
Sunday, December 15, 2024

Borrell Özbəkistan XİN başçısı ilə Qaraqalpaqı müzakirə edib

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Özbəkistan xarici işlər naziri Vladimir Norov arasında telefon danışığı olub.

Bu barədə Borrell “Twitter“də bildirib.

“Xarici işlər naziri Norovla Özbəkistandakı vəziyyəti müzakirə etdim. Nukusda insan tələfatından təəssüflənirəm. Gərginliyi azaltmaq və faktları araşdırmaq vacibdir. Mən Özbəkistanı inklüziv konstitusiya islahatlarını davam etdirməyə çağırdım”, – Aİ-nin Ali Nümayəndəsi qeyd edib.

Qeyd edək ki, iyulun 1-də Qaraqalpaq Muxtar Respublikasının mərkəzi Nukus şəhərində Konstitusiyaya dəyişiklik əleyhinə aksiya keçirilib. Güc strukturlarının müdaxiləsi zamanı baş verən toqquşmalarda 18 nəfər həlak olub, 243 nəfər yaralanıb. Aksiyanın təşkilatçıları tutulub.

Dəyişiklik layihəsində Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilirdi.

Nukusda baş verənlərdən sonra Özbəkistan parlamenti Qaraqalpaq Muxtar Respublikasının suveren statusunun saxlanılmasını dəstəkləyən qərar qəbul edib.

İyulun 3-dən avqustun 2-dək Qaraqalpaq Muxtar Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər