Avropa İttifaqı (Aİ) “Şimal axını” qaz kəmərlərində baş vermiş qəzaların araşdırılması üçün aparılan istənilən araşdırmanı dəstəkləyəcək.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
“Əldə olan məlumatlar ona işarə edir ki, “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində qeyd alınmış sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”, – Borrelin 28 sentyabrda verdiyi bəyanatda deyilir.