31 C
Baku
Friday, July 19, 2024

Borrell və Sarkisyan Brüsseldə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edirlər

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Josep Borrell, Brüsseldə səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edir.

“Hal-hazırda yüksək nümayəndə ilə Ermənistan prezidenti arasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunur. Bundan əlavə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqları keçirilib. Josep Borrell tərəfləri hərbi əməliyyatları dərhal dayandırmaq və ATƏT-in himayəsi altında danışıqları davam etdirmək təklifini irəli sürüb”, – mesajda deyilir.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı günü Avropa Komissiyasındakı brifinqdə xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano məlumat verib.

Xatırladaq ki, çərşənbə günü Armen Sarkisyan Avropa Şurasının prezidenti Charles Michel və NATO-nun baş katibi Jens Stoltenberg ilə bölgədəki vəziyyətlə bağlı danışıqlar aparıb.

Son xəbərlər
Digər xəbərlər