14 C
Baku
Saturday, April 12, 2025

Boşanmadan da aliment almaq olar – AÇIQLAMA

Ailə mübahisəsi zamanı ən çox zərərçəkənlər uşaqlardır.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar ayrılmağa qərar versələr belə hər iki tərəf yetkinlik yaşına çatanadək uşaqlarını saxlamağa borcludurlar.

Bəs boşanmadan da aliment almaq hansı hallarda mümkündür? 

Məsələ ilə bağlı hüquqşünas Esmira Rzayeva açıqlama verib:

“Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 75-ci maddəsində ailə üzvlərinin aliment öhdəlikləri öz əksini tapıb. Qanuna görə, nikah pozulduqda uşaqlar hansı valideynlə qalırsa, digər valideyn həmin uşağın təlim-tərbiyəsi, gündəlik yaşayışını qarşılamaq üçün aliment ödəməlidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Alimentin miqdarı hər ay üçün məhkəmə tərəfindən müəyyən şərtlər nəzərə alınmaqla müəyyən edilir.

76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər”.

Qeyd edək ki, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ da Ailə Məsəlləsində öz əksini tapıb. Lakin nikah pozulmadan da aliment ödəmək mümkündür.

Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması yəni arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Aliment tələb edən şəxs mediasiya müraciət etməlidir. Mediasiyadan aldıqları arayışla məhkəməyə verə bilərlər.

MənbəMilli.az
Son xəbərlər
Digər xəbərlər