18 C
Baku
Friday, September 26, 2025

“Bosch” Almaniyada 13 min iş yerini ləğv edir

“Bosch” şirkəti iş yerlərinin kütləvi ləğvini planlaşdırır. Təkcə Almaniyada 13 min iş yeri ixtisar ediləcək.

Şirkətin məlumatında ötən il elan olunan 9 min iş yeri ixtisarı ilə birlikdə Almaniyada ümumilikdə 22 min nəfər şirkətdəki işini itirəcək.

İxtisarlar təkcə e-mobil və yanacaq mühərriki təchizatı sahəsindəki zavodları deyil, həm də şirkətin mərkəzi funksiyaları və satış şöbələrini də əhatə edəcək. Şirkət ləğv qərarının səbəbini davam edən struktur dəyişiklikləri, qlobal avtomobil sənayesində yüksək qiymətlər və rəqabət təzyiqi ilə izah edib.

Qeyd edək ki, şirkətin Almaniyadakı əməkdaşlarının sayı ötən ilin sonunda 4500 nəfər azalaraq 129 min 600 nəfərə düşüb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər