Almaniyanın məişət texnikası istehsalçısı olan “Robert Bosch GmbH” (Bosch) Sankt-Peterburq yaxınlığındakı zavodlarını satmaq istəyir. Mövcud məlumatlara görə, müəssisələr işlək vəziyyətdədir və təxminən 4.4 milyard rubl dəyərində qiymətləndirilir.
Banker.az bu barədə “İZ.ru”ya istinadən xəbər verir.
Bazar iştirakçıları potensial alıcıların Çin və Türkiyə ola biləcəyini təklif ediblər. Eyni zamanda, Rusiya pərakəndə satıcıları müəssisələr üçün təklif olunan qiyməti “çox yüksək” hesab qiymətləndiriblər.
Bundan əvvəl, iyunun 28-də Amerikanın məişət texnikası istehsalçısı Rusiyadakı aktivlərinin satışı ilə bağlı Türkiyənin “Arçelik” şirkəti ilə müqavilə bağladığı məlum olub.