5 C
Baku
Friday, January 9, 2026

“Bosch” süni intellekt texnologiyalarına 2,5 milyard avro sərmayə qoyur

Alman mühəndislik və texnologiya şirkəti “Robert Bosch” 2027-ci ilin sonunadək süni intellekt texnologiyalarının hazırlanması və tətbiqinə 2,5 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. Bildirilir ki, “Bosch” Las-Veqasda keçirilən CES sərgisində süni intellektə əsaslanan yeni sürücüyə yardım sistemlərini təqdim edib. Bu sistemlər, məsələn, parkinq yerinin avtomatik axtarışı kimi funksiyaların həyata keçirilməsinə imkan verir.

Bundan əlavə, şirkət ətraf mühitin və hərəkətlərin daha dəqiq tanınmasını təmin edən yeni sensorlar xəttini də nümayiş etdirib.

“Bosch” gözləyir ki, süni intellektə əsaslanan proqram təminatı və xidmətlərin satışından əldə olunan gəlirlər əsasən məhz Sİ texnologiyalarına söykənərək, növbəti onilliyin əvvəlinədək 6 milyard avronu ötəcək.

Şirkətin proqnozuna əsasən, 2030-cu illərin ortalarına doğru proqram təminatı, sensor texnologiyaları, yüksək məhsuldarlıqlı hesablama sistemləri və şəbəkə komponentlərinin satış həcmi 10 milyard avrodan xeyli yüksək olacaq.

Son xəbərlər
Digər xəbərlər