“Bosch” qlobal çip çatışmazlığı şəraitində yarımkeçirici istehsalını artırmaq niyyətindədir. Banker.az xəbər verir ki, 2022-ci ildə alman şirkəti Almaniya və Malayziyada bu sahəyə 400 milyon avro investisiya qoyacaqdır.
“Çiplərə tələbat yüksək sürətlə artmağa davam edir. Mövcud hadisələrin fonunda müştərilərimizə dəstək olmaq üçün yarımkeçiricilərin istehsalını sistematik şəkildə genişləndirəcəyik”, – deyə “Robert Bosch GmbH”in sədri Folkmar Denner söyləyib.
Verilən məlumata görə, planlaşdırılan sərmayənin böyük hissəsi “Bosch”un Drezdendəki yeni 300 mm-lik yarımkeçirici plastinlər zavoduna xərclənəcək. Təxminən 50 milyon avro Ştutqart yaxınlığındakı zavoda sərmayə qoyulacaq. Pulun qalan hissəsi 2023-cü ildə fəaliyyətə başlayacaq və Malayziyanın Penanq şəhərində yerləşəcək mərkəzə veriləcək.