19 C
Baku
Tuesday, September 30, 2025

Bosfor boğazından gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb

İstanbulda Bosfor boğazından gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Buna Rusiyaya yollanan yük gəmisinin dayanması və yolu kəsməsi səbəb olub, bu barədəTürkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hadisə Umuryeri sahillərində baş verib. 98 metr uzunluğunda olan “Arda” yük gəmisi Panama bayrağı altında üzür. Gəmi Bandırma limanından çıxmışdı və oktyabrın 4-də Tuapse limanına çatmalı idi. İndi gəmi Böyükdərə körpüsünə yedəklənib.

“Marine Traffic” portalının məlumatına görə, boğazda məhdudiyyətlər səbəbindən əsasən gəzinti və sərnişin gəmilərindən ibarət təxminən 70 gəmi toplanıb.

Son xəbərlər
Digər xəbərlər