9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Bosniya və Herseqovina baş naziri koronavirusa yoluxub

Bosniya və Herseqovina hökumətini sədri Zoran Tegeltiyanın COVID-19 ilə bağlı verdiyi testin nəticəsi müsbət çıxıb.

Xarici KİV-lərə hökumətdən verilən məlumata görə, evdə təcrid olunmuş baş nazir özünü yaxşı hiss edir, koronavirus əlamətləri zəifdir.

Qeyd edək ki, ötən 24 saat ərzində Bosniya və Herseqovinada koronavirusdan 49 nəfər ölüb və ölənlərin ümumi sayı 1 457 nəfərə çatıb. Həmçinin yoluxanların sayı 1 921 nəfər artaraq 59 427 olub.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər