8 C
Baku
Monday, November 18, 2024

Bosniya və Herseqovina ötən il 2775 əcnəbiyə iş icazəsi verib

Bosniya və Herseqovinada keçən il 2775 əcnəbi işçiyə iş icazəsi verilib.

Ölkəyə ən çox işçinin Serbiya, Türkiyə, Xorvatiya və Çindən gəldiyi bildirilir. Cari ilin birinci yarısında isə 1270 əcnəbi iş icazəsi alıb.

Əmək və Məşğulluq Agentliyi ölkədə işçi qüvvəsi çatışmazlığının olmadığı açıqlayıb. Son illərdə iş icazəsi verilən əcnəbi işçilərin sayında ciddi dəyişiklik olmadığı da qeyd edilib.

Bildirilib ki, ötən ilə qədər əcnəbilərə daha çox ticarət sektorunda iş icazəsi verilirdisə, bu il tikinti sektorunda çalışan əcnəbi işçilərin sayında artım müşahidə olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər