ABŞ, Boston
Təhsil almaq haqqı: 41,420 dollar
Fakültələr və məktəblər: Təsvir sənətinin Ali məktəbi (CFA), İncəsənət və Elm Kolleci (GRS), Əlaqələr Kolleci (COM), Mühəndislik Kolleci (ENG), Ümümtəhsil Kolleci (CGS), Sağlamlıq və Reabilitasiya Kolleci (Sargent-SAR).
Boston Universiteti özəl tədqiqat universitetidir.
Boston Universiteti Massaçusets ştatında Bostonda yerləşir. Bu universitetdə 40 000-dən çox müəllim çalışır, 31 000 – dən çox tələbə təhsil alırlar.
Boston Universiteti ABŞ-ın ən böyük özəl universitetlərindən biridir.
Bu universitetin müəllimləri və tələbələri arasında Nobel mükafatının 7 laureatı, həmçinin Martin Lüter – Kinq (PhD ’55 ); Pulitserov mükafatının isə 22 laureatı var.
Boston Universiteti bakalavr, magistr və elmlər namizədi, həmçinin tibbi və stomatoloji dərəcələri almaq üçün təhsil təqdim edir. Bu universitetin tərkibində iki dövlət kampuslarında yerləşən 18 məktəb və kollec var. Boston Universitetinin əsas kampusu Bostondakı Çarlz çayının ətrafında yerləşir. Tibb kampusu isə Bostonun cənubunda yerləşir.
Boston Universiteti 33 şəhərdə və 20 ölkədə, həmçinin Boston University Brüssel, Boston University Dubay, Boston University London, Boston University Los-Anjeles, Boston University Vaşınqton, Boston University Sidney kampuslarında 75 təhsil proqramları təqdim edir.
2011-ci ildə Times Higher Education dünya universitetlərinin reytinqində Boston universitetinə 54-cü yeri vermişdi.