10 C
Baku
Wednesday, December 11, 2024

BOTAŞ şirkəti təbii qazın qiymətini 30 %-dən çox artırıb

Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti iyunun 1-dən təbii qazın qiymətini 30 %-dən çox artırıb.

Banker.az xəbər verir ki, bu barədə şirkət açıqlamasında bildirib.

“Yaşayış evləri üçün təbii qazın qiyməti 30 % bahalaşıb. Sənaye sektorundakı abonentləri üçün “mavi yanacağ”ın qiyməti 40 % bahalaşır”, – açıqlamada qeyd olunub.

Məlumata görə, elektrik enerjisinin istehsalında istifadə edilən təbii qazın qiyməti 17 % artıb.

Bildirilib ki, Türkiyədə əvvəllər sənayeçilər təbii qazın bir kub metrinə 3 264 türk lirəsi (199 ABŞ dolları) ödəyirdisə, hazırda eyni həcm üçün 10 417 türk lirəsi (635 dollar) ödəmək məcburiyətində qalacaqlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər