14 C
Baku
Saturday, November 16, 2024

“BOTAŞ” və “TotalEnergies” arasında maye qaz tədarükü haqqında Saziş imzalanıb

Hyustonda keçirilən “Gastech 2024” sərgi-konfransında Türkiyənin “BOTAŞ” və Fransanın “TotalEnergies” şirkətləri arasında maye qaz (LNG) tədarükü haqqında uzunmüddətli Saziş imzalanıb.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“2027-ci ildən etibarən 10 il ərzində ildə 1,6 milyard kubmetr həcmində 16 LNG partiyasının tədarük edilməsi planlaşdırılır”, – o bildirib.

Nazirin sözlərinə görə, bu saziş həm ölkənin, həm də regionun enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də təchizat mənbələrinin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər