“Real bir biznes istənilən şəraitdə işləməlidir”
PAŞA Bankın Müştərisi olan və lüks biznes seqmentində fəaliyyət göstərən “Bouquet” şirkətinin təsisçiləri Nazim və Samir Şükürovlar Bankın nümayəndəsi ilə söhbətdə pandemiya və bununla bağlı elan edilən karantin tədbirlərinin Azərbaycanda bu biznes sektoruna necə təsir etdiyindən, həmçinin karantindən sonrakı müddət üçün planlarından danışdılar.
– Hörmətli Nazim bəy, Samir bəy, zəhmət olmasa müştərək işiniz barədə məlumat verin. Gül biznesi ilə nə vaxtdan məşğul olursunuz?
– Biz 5 ildən çoxdur bu bizneslə məşğul olur və onu inkişaf etdiririk. Bazarda nisbətən qısa müddət ərzində fəaliyyət göstərməyimizə baxmayaraq, hər bir müştərimizin tələblərinə fərdi yanaşmağımız sayəsində yaxşı nəticələr əldə etdik və işgüzar nüfuz qazana bildik. Bundan əlavə, bu müddət ərzində fəaliyyətimizin sərhədlərini ölkə xaricində də genişləndirə bildik, və artıq Moskvada da “Bouquet” markası altında gül mağazamız fəaliyyət göstərir.
– Pandemiyanın başlanğıcında karantin elan olunduqdan sonra hansı çətinliklərlə qarşılaşdınız?
– Fəaliyyətimiz gündəlik tələbat mallarının istehsalı və satışı ilə əlaqəli olmadığından demək olar ki, biz bu vəziyyətin bütün çətinlikləri ilə dərhal üzləşdik: bütün tədbirlərin, toyların və digər şənliklərin dayandırılması böhran dövrünün əvvəlindən işimizin həcminə əhəmiyyətli dərəcədə təsir etdi. Tələbatın aşağı düşməsindən əlavə, əvvəlcədən sifariş edilmiş malların çatdırılması ilə bağlı çətinliklər də var idi və əlbəttə ki, biz bunu gözləmirdik. Bu dövrdə bir tək çıxış yolumuz var idi – işimizi onlayn rejimə keçirmək, bunu da ən qısa müddətdə tətbiq etdik.
Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün biz müştərilərlə telefon və video-zəng vasitəsilə əlaqə yaradan 5 satıcı-məsləhətçi işə götürdük, həmçinin malların çatdırılmasını bütün tənzimləmə orqanlarının tələblərinə uyğun olaraq təşkil etdik. Əlbəttə ki, bu qədər qısa müddət ərzində bütün mövqelərimizi bərpa edə bilmədik, çünki onlayn biznesin özünəməxsus xüsusiyyətləri var, ancaq itkilərin xeyli hissəsini bərpa edə bildik. Eyni zamanda gələcəkdə daha davamlı bir biznes qurmaq üçün bizim üçün faydalı olacaq çox dəyərli təcrübə qazandıq.

Böhran vəziyyətində şəxsi biznesi idarə etmək üçün yerli iş adamlarına hansı tövsiyələr verə bilərsiniz?
Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, dövlətimiz müvafiq tələblərə riayət edən sahibkarlarlar üçün fəaliyyətlərini davam etdirmək üçün şərait yarada bildi. Ancaq şəxsən tanıdığımız bəzi sahibkarlar müxtəlif səbəblərdən mal və xidmətlərinin onlayn satışına uyğunlaşa bilmədikləri üçün xidmət nöqtələrini müvəqqəti olaraq bağlamalı oldular.
Əlbəttə ki, hər bir fəaliyyət istiqamətinin özünəməxsus xüsusiyyətləri var, amma biz inanırıq ki, real biznes istənilən şəraitdə işləməlidir. Vəziyyətdən asılı olaraq bütün tam gücü ilə olmasa da, müəyyən bir hissəsi fəaliyyət göstərməyə davam etməlidir ki, ölkə iqtisadiyyatı çökməsin və bir-biri ilə əlaqəli proseslərin işi dayanmasın.

– Böhrandan sonra biznes seqmentiniz necə dəyişəcək? Karantin dövründən sonrakı müddət üçün hansı planlarınız var?
– Pandemiya dövrü bitdikdən sonra istehlakçıların diqqəti daha çox gündəlik tələbat mallarına yönələcəyi üçün lüks mallar bazarında ciddi dəyişikliklər baş verəcəkdir. Bu bazarın tərkib hissələrindən biri olan gül biznesinin miqyası əvvəlkindən daha kiçik ola bilər.
Eyni zamanda, hər bir böhran inkişaf üçün də fürsətlər yaradır, buna görə də biz artıq şirkət daxilində karantin rejimi ləğv edildikdən sonra inkişaf etdirmək istədiyimiz istiqamətləri müzakirə etdik. Planlarımıza həm biznesin yeni sahələrinin inkişafı, həm də tədricən onlayn rejimə keçid daxildir.
– Bu müddət ərzində PAŞA Bank sizə hansı dəstəyi verə bildi?
– Mövcud vəziyyətdən çox mühüm nəticə çıxardıq- PAŞA Bank bizim üçün tək biznesimizin kreditoru deyil, sözün əsl mənasında maliyyə tərəfdaşımızdır. Fərqli banklarla işləmişik, buna görə də həm xidmət səviyyəsini, həm də işgüzar yanaşmanı müqayisə edə bilərik. Və sözsüz ki, bu müqayisəyə görə PAŞA Bank lider bankdır.
Karantin tədbirlərinin həyata keçirilməsinin ilk günlərindən iş həcmlərimiz kəskin surətdə azalanda, PAŞA Bankın mütəxəssisləri bizimlə əlaqə yaratdı və biznesimizin dəstəklənməsi və əlavə maliyyələşdirilməsi üçün mümkün alətləri bizimlə müzakirə etdi. Aydın oldu ki, biz Bankla bir maliyyə qurumunun və biznesin nümayəndəsi kimi deyil, daha çox bir tərəfdaş kimi ünsiyyətdə oluruq. PAŞA Bankın Müştərilərinə olan bu yanaşması onu digər banklardan fərqləndirir.

Xüsusi olaraq PAŞA Bankın Onlayn bank platformasının adını çəkmək istərdim. Biznes üçün vacib olan bütün bank məhsullarını filiallara gəlmədən Bankın Onlayn bank platformasında əlverişli şərtlərlə əldə edə bildik. Fürsətdən istifadə edərək, PAŞA Banka bizim üçün bu imkanları yaratdığına və ümumilikdə bizi dəstəklədiyinə görə təşəkkür etmək istərdik.
Bizimlə söhbət etdiyiniz üçün Sizə təşəkkür edirik!