Böyük 20-lik ölkələri (G-20) koronavirus (COVID-19) pandemiyası dövründə borc yükünü azaltmaq üçün ən kasıb ölkələrə 14 milyard ABŞ dolları pul ayırıb.
Bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, onun sədrliyi ilə keçirilən G20 zirvə görüşündən sonra bildirib.
“Həssas ölkələrin onilliklər ərzində nail olduğu irəliləyişlərin təhlükə altına düşdüyünü nəzərə alaraq onlara təcili maliyyə dəstəyi verdik. Əhalisinin sayı 1 milyarddan çox olan kasıb ölkələrə 14 milyard dollar vəsait ayırdıq”, – deyə o, bildirib.
Şahzadənin sözlərinə görə, qrup bu təşəbbüsü genişləndirib və borc ödənişlərinin əlavə təxirə salınmasına ehtiyac olub-olmadığını araşdırmaq üçün vəziyyəti qiymətləndirməyə davam edəcək.
Xatırladaq ki, G20 zirvə görüşü noyabrın 21-22-də, onlayn formada keçirilib.