20 C
Baku
Friday, May 3, 2024

Böyük açılış: Dodo Pizza Bakıda

Qlobal pizza brendi Dodo Pizza Azərbaycanda ilk restoranının açılışına dəvət edir.

Şənbə günü, aprelin 13-də, Dodo Pizzanın ilk restoranının rəsmi açılışı keçiriləcək. Açılışda musiqi, animatorlar, 100% uduşlu Çərxi-Fələk, müxtəlif müsabiqələr, uşaqlar üçün əyləncə proqramı və 1 illik pulsuz dodster və pizza ehtiyyatı öz sahibini tapaçaq. Gün ərzində bütün müştərilər müsabiqələrdə iştirak etmək və dadlı hədiyyələr qazanmaq imkanı qazanacaqlar.
Odur ki, hamı dəvətlidir.

Restoran Nərimanov metro stansiyasının Uşaq stomatoloji poliklinikası tərəfə çıxışında Mirzəbala Əhmədzadə küç., 13 ünvanda yerləşir.

Restoran dünya nəhənginin sayca 1004-cü restoranıdır. Azərbaycanda ümumilikdə 20 restoran açmağı planlaşdıran şirkət yüksək servis və keyfiyyət standartları ilə məşhurlaşıb.

Dodo Pizza beynəlxalq restoranlar şəbəkəsidir. Şirkət prosesləri təkmilləşdirmək və stabil, yüksək keyfiyyətli məhsul hazırlamaq üçün informasiya texnologiyalarından geniş istifadə edir.

Dodo Pizzanın ilk restoranı 2011-ci ildə Sıktıvkar şəhərində (Rusiya) açılıb. Ciddi standartlar və özəl informasiya sistemi sayəsində iki ay ərzində şirkət əməliyyat mənfəətinə çıxmış və bir ildən az müddətdə bütün xərcləri ödəmişdi.

Dodo Pizza dünyada ilk dəfə kvadrokopterlə pizza çatdırılmasını həyata keçirmiş, çoxdəfəlik ekoloji təmiz qablaşma tətbiq etmiş və süni intellektin yaratdığı resept üzrə pizza təqdim edən bir markadır.

İlk gündən restoranda ləzzətli pizza hazırlamağa, sifarişləri dəqiq yerinə yetirməyə, pik saatlarda prosesləri idarə etməyə kömək edən texnologiyalar istismar olunur. 2024-cü ildə Dodo Pizza dünyanın 21 ölkəsində fəaliyyət göstərir – bu gün şəbəkəyə 1050 restoran daxildir.

WhatsApp Image 2024 04 12 at 10.26.13 6 WhatsApp Image 2024 04 12 at 10.26.13 5 WhatsApp Image 2024 04 12 at 10.26.13 4 WhatsApp Image 2024 04 12 at 10.26.13 3 WhatsApp Image 2024 04 12 at 10.26.13 2

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər