Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə bazarlarına nəzarət departamentinin Ödəniş sistemlərinə nəzarət sektoruna Böyük analitik vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Ali təhsil (iqtisadiyyat, idarəetmə üzrə bakalavr və ya magistr) ;
• Azərbaycan,rus,ingilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;
• Ödəniş sistemləri və nağdsız hesablaşmalar, ö cümlədən ödəniş kartları sahəsində minimum 3 il;
• Ödəniş sistemləri və nağdsız hesablaşmalar sahəsində beynəlxalq standartlar və onların tətbiqi haqqında biliklər
• MS Office proqram paketlərindən sərbəst şəkildə istifadə;
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
• Ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində nəzarət və tənzimləmənin həyata keçirilməsi, nəticəsi barədə arayışların hazırlanması;
• Ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində, o cümlədən ödəniş alətləri üzrə normativ hüquqi bazanı yaradılmasında və təkmilləşdirilməsində iştirak edilməsi;
• Ödəniş sistemləri və ödəniş alətləri sahəsində tətbiq olunan beynəlxalq standartların təhlili və tətbiqi üzrə tövsiyyələrin hazırlanması;
• Ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması üzrə qarşılıqlı fəaliyyətin koordinasiya edilməsi;
• Sektorun səlahiyyətləri daxilində ərizə, sorğu və müraciətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.